“Neftçi” xal itirib, “Qarabağ” liderə çatdı

“Neftçi” xal itirib, “Qarabağ” liderə çatdı
21:19 15 Mart 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

 
Bu gün Topaz Premyer Liqasında XXI turun oyunları keçirilib. 
 
ONA-nın məlumatına görə, baş tutan dörd qarşılaşma ilə mövsümün III dövrəsi yekunlaşıb.
 
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsindəki turda öncə turnir cədvəlinin ikinci yarısında qərarlaşanlar meydana çıxıblar. Qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayan “Zirə” qeyri-sabit oynayan “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib.
 
Mövqelərini əldən verməkdə olan “Sabah” öz meydanında “Sumqayıt”la görüşüb. Autsayder səfər matçından 1 xalla ayrılıb.
 
“Səbail”in danışıqlar üçün Bakıya dəvət etdiyi Maykl Essyenin canlı izlədiyi, Ansi Aqollinin “Qarabağ”la vidalaşdığı görüşdə üç qol vurulub. Ağdam təmsilçisi rəqib meydanında 2:1 hesablı qələbə qazanıb. Bu üç xal son çempiona bir neçə saatlıq liderliyi ələ keçirməyə imkan verib.
 
Tura mərkəzi oyunla yekun vurulub. Çempionatın lideri “Neftçi” “Qəbələ”ni qəbul edib. Qarşılaşmada hərəyə bir qol vuran komandalar meydanı "sülh"lə tərk ediblər. Bu xal itkisi “Neftçi”nin üstünlüyü itirməsi ilə nəticələnsə də, paytaxt təmsilçisi bir neçə saat əvvəl itirdiyi liderliyi qaytarıb.
 
Qeyd edək ki, IV dövrənin matçları martın 30-da və aprelin 1-də keçiriləcək.
 

Topaz Premyer Liqası
XXI tur
15 mart (cümə)

“Sabah” – “Sumqayıt” – 1:1
Qırmızı vərəqə: Marko Deviç, 29
Qollar: Rəşad Eyubov, 77 // Elvin Məmmədov, 40
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Əlincə Arena”, 16:00

“Zirə” – “Keşlə” – 2:0
Qollar: Cabir Əmirli, 69 (ö.q.); Xulio Sezar Rodriqez, 79
Qolla nəticələnməyən penalti: Xulio Sezar Rodriqez, 54
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev 
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev  
Zirə İdman Kompleksinin stadionu, 16:00 (pfl.az/canlı) 

“Səbail” – “Qarabağ” – 1:2
Qollar: Ağabala Ramazanov, 42 // Dani Kintana, 34; Riçard Almeyda, 77 (p.)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov 
“Bayıl Arena”, 16:45 (CBC Sport/canlı)

“Neftçi” – “Qəbələ” – 1:1
Qollar: Amin Seydiyev, 54 (avtoqol) – Stiven Monroz, 72
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli 
“Bakcell Arena”, 19:00 (CBC Sport/canlı)

1

Neftçi

21

13

6

2

36-15

45

2

Qarabağ

21

13

6

2

41-18

45

3

Səbail

21

9

4

8

24-21

31

4

Qəbələ

21

7

8

6

24-23

29

5

Zirə

21

5

7

9

18-28

22

6

Sabah

21

6

4

11

16-30

22

7

Keşlə

21

5

4

12

21-32

19

8

Sumqayıt

21

4

5

12

16-29

17

Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR