Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak ediblər

Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak ediblər
15:27 17 Mart 2019
136 Digər
Ölkə mətbuatı
A- A+

Cüdo üzrə Azərbaycan milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
"Report"un məlumatına görə, yığma üzvləri ötən gün kompleksin ərazisində yaşıllaşdırma aksiyasında iştirak edib.
Payızda əkilən 400-dən çox ağaca əlavə olaraq bu yaz daha 300 meyvə ağacı və 100 dekorativ ağac əkilib.
Göygöl Olimpiya Kompleksinin direktoru cüdo üzrə olimpiya mükafatçısı Mövlud Mirəliyevdir. 








Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/cudocular-goygolde-yasillasdirma-aksiyasinda-istirak-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR