"Bugünkü görüş neft bazarında daha yaxşı nəticələrin əldə edilməsi üçün daha bir addım olacaq"

"Rusiya OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı sazişini gələcəkdə də yerinə yetirməyə hazırdır".

Metbuat.az-ın məlumatına görə, bunu Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının açılışında Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin bildirib.

Onun sözlərinə görə, Rusiya neft istehsalı həcmi ilə bunu bir daha sübut edir:

"Ümid edirəm ki, bugünkü OPEC görüşü neft bazarında daha yaxşı nəticələrin əldə edilməsi üçün daha bir addım olacaq. Eləcə də neft bazarının daha yaxşı anlaşılması, qeyri-müəyyənliklərin aradan qaldırılması və ilk 6 ay ərzində müqavilənin yerinə yetirilməsi ilə bağlı olan gələcək addımların müzakirə edilməsi üçün də bu görüş daha yaxşı imkan yaradacaq".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR