Su filtrdən bu şəkildə keçir

Müasir dövrün tələblərinə uyğun olaraq bu gün əksər insan evində sutəmizləyici qurğu olan fitrlərdən istifadə edir.

Həmin filtrlər suyun tərkibindəki insan orqanizmi üçün zərərli maddələri təmizləyir, çiy suyu içmək üçün daha yararlı hala salır.

Maraqlıdır, filtr suyu necə təmizləyir? Su təmizləndikdən sonra lazımsız maddələr necə olur?

Ölkədə su filtrlərinin satışı və quraşdırılması işini həyata keçirən “Aqua home” firmasının (aquahome.az) meneceri Emil Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, dünyada istifadə edilən su təmizləmə sistemlərindən ən effektiv olanı əks osmos sistemidir:

“Bu sistem 1970-ci ildən bir çox sahələrdə istifadə olunur. Bunlara dəniz suyunun şirin suya çevrilməsi, tibb sahəsi üçün təmiz suyun alınması, qızdırılmadan meyvə şirəsi konsentratlarının alınması və s. nümunə olaraq göstərmək olar. Əks osmos sistemi əsasən 5 pilləli filtrasiya sisteminə malikdir.

- Birinci pillə suda olan 5 mikrona qədər olan hissəcikləri özundə saxlayır. Bu filtr polipropilendən hazırlanır (mexaniki filtrasiya).

- İkinci pillə aktiv kömür filtridir. Bu, suyun absorbsiyasını və bəzi kimyəvi elementlərin saxlanmasını həyata keçirir. Suyun absorbsiyası dedikdə suda olan dad, qoxu və s. nəzərdə tutulur (absorbsiyaedici).

- Üçüncü pillə suda olan 1 mikrona qədər olan hissəcikləri özündə saxlayır. Burada plopropilen və ya kömür filtrdən istifadə edilir (mexaniki və ya absorbsiyaedici).

- Dördüncü pillədə membran suda olan 0.00001 mikrona qədər olan hissəcikləri təmizləyir. Membranı əks osmos sisteminin beyni də adlandırmaq olar. Bizi içməli su ilə təmin edən membrandır. Membran suda həll olan arsenik, flüor, qurğuşun, maqnezium, civə, stronsiyum, asbest, dəmir, xlor, nitratlar, nitritlər, sulfat və s. zərərli maddələri, bakteriya və virusları təmizləyir. Membranın iş prinsipini tam anlamaq üçün onu evdə istifadə edilən ələk ilə müqayisə etmək olar. Hesab edin ki, suyun əvəzinə undur. Unun içərisinə arpa, buğda, düyü və s. qarışıb və bunları undan ayırmaq lazımdır. Bunun üçün unu ələmək lazımdır. Membranın da iş prinsipi belədir, suda həll olan bütün maddələri ayiraraq artıq su halında kanalizsiya sisteminə ötürür və bizi təmiz su ilə təmin edir.

- Beşinci pillə absorbsiyaedici filtrdi. Sadəcə olaraq ikinci filtrdən fərqli olaraq kakos kömüründən hazırlanır və bu suyun dadını stabilləşdirmək üçün istifadə olunur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Suyun təzyiqi zəifdirsə, DİQQƏT! - Filtrə təsiri var – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR