“Sosial təminat, sosial müavinət mütəmadi olaraq təkmilləşməyə ehtiyacı olan sistemdir”

"Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir və daha da inkişaf etdirilir".

Metbuat.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bilgəhdə Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində bildirib. Nazir qeyd edib ki, cənab prezident tərəfindən təkcə bu il verilən sərəncamlara nəzər salsaq görərik ki, bu sahədə atılan addımlar, görülən işlər, dəyişikliklər inqilabi xarakter daşıyır:

“Müxtəlif müavinətlərin, təqaüdlərin iki dəfədən çox artırılması, əmək haqları və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına yönəlib”.

Nazir bildirib ki, sosial təminat, sosial müavinət sistemi mütəmadi olaraq təkmilləşməyə ehtiyacı olan sistemdir: “Daima təkmilləşmə, inkişaf aparılaraq müxtəlif kateqoriyadan olan insanlarımıza xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR