“Gmail” istifadəçilərinin nəzərinə

“Gmail” istifadəçilərinin nəzərinə
16:12 20 Mart 2019
Ölkə mətbuatı
A- A+

"Google" növbəti aydan etibarən bir neçə xidmətinin fəaliyyətini dayandırmağı düşünür.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, artıq aprelin 2-dən etibarən "Inbox by Gmail" mobil tətbiqinin istifadəsinə xitam veriləcək. 

Şirkət bu tətbiqi 2014-cü ildə istifadəyə vermişdi. Texnologiya nəhəngi həmin gün sosial platforma olan və bazarda yerini tuta bilməyən "Google+"u da bağlayacaq. Sonrakı mərhələdə videozəng üçün nəzərdə tutulan "Allo" və link qısaltmaq üçün istifadə olunan goo.gl xidmətlərinin da fəaliyyətinə son veriləcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/740560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR