Kaliforniyada Novruz şənliyi (FOTO)

Kaliforniyada Novruz şənliyi (FOTO)
09:43 22 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kaliforniyanın San Dieqo şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə baş tutub.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında ətraflı danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

K.Məmmədova, həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, milli mətbəxi haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbir tarzən Sahib Paşazadənin ifasında Azərbaycan musiqisindən nümunələr və Azərbaycan mətbəxinin ləziz təamlarının təqdim olunduğu ziyafətlə davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3036058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR