Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək
15:22 22 Mart 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu il “Azərbaycan payızı” festivalı keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi sakrebulosunun (şəhər şurası) majoritar deputatı Rima Beradze bildirib.
O deyib ki, festival payız aylarının birində şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində təşkil olunacaq: “Azərbaycan payızı” festivalı Gürcüstan paytaxtında ilk dəfə baş tutacaq. Festival iştirakçıları Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış ola biləcəklər”.
Qeyd edək ki, Tbilisidə dost ölkələrə həsr olunmuş festivalların keçirilməsi ənənəsi 2016-cı ildən davam etdirilir. Ötən ilin may ayında şəhərin Kiyev küçəsində “Ukrayna baharı” festivalı keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/festival-seherin-cuqureti-rayonunda-yerlesen-baki-kucesinde-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR