"Oraları İsrail torpaqları hesab etmirik" - Avropa İttifaqı

"Oraları İsrail torpaqları hesab etmirik" - Avropa İttifaqı
20:32 22 Mart 2019
85 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın İsrailin işğalı altındakı Qolan təpələrində İsrailin mütləq hakimiyyətini tanımağın vaxtının çatdığını bildirməsinə Avropa İttifaqından da reaksiya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aİ-nin sözcüsü Maya Kosiyanovçiç Qolan təpələrində İsrailin suverenliyini tanımayacaqlarını bildirib:

"Avropa İttifaqının mövqeyi dəyişməyib. Beynəlxalq hüquqa uyğun olaraq Qolan təpələri də daxil olmaqla İsrailin 1967-ci ildən bu yana işğal altında saxladığı bölgələrdə suverenliyini tanımırıq və oraları İsrail torpaqları hesab etmirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/741009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR