Elməddin Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu - VİDEO

Elməddin Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu - VİDEO
16:57 23 Mart 2019
143 Şou
Ölkə mətbuatı
A- A+

Elməddin Cəfərov Acun Ilıcalının kanalında yayımlanan "Eser Yenenler Show " proqramının dünənki buraxılışında iştirak edib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, həmyerlimiz Türkiyə və Azərbaycanın birgə istehsalı olan "Çat kapı aşk" komediya filmində rol alıb. Bu münasibətlə bir neçə həftə əvvəl filmin Bakıda da təqdimat mərasimi baş tutmuşdu. Ekran işində baş rolları Müge Boz və Jess Molho ifa edib. Jess Molho viza məsələlərində yaranmış problemlərdən dolayı Bakıda keçirilən təqdimat mərasimində iştirak edə bilməsə də, Müge Boz Azərbaycana gəlmişdi. İndi filmin Türkiyədə piar kompaniyasına start verilib.

Elməddin Cəfərov filmin baş rol qəhrəmanları ilə birlikdə məşhur aparıcı Eser Yenenlerin TV8 kanalında yayımlanan verilişində qonaq olub. Azərbaycanlı aktyor zarafatları ilə bütün tamaşaçıları qəhqəhələrə boğub.

Videonu izləmək üçün şəklə klikləyin:
Elməddin Cəfərov Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/741144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR