Polşada ABŞ ordusunun yük maşınları toqquşdu: yaralılar var

Polşada ABŞ ordusunun yük maşınları toqquşdu: yaralılar var
17:37 26 Mart 2019
35 Dünya
Ölkə mətbuatı
A- A+

Polşanın cənubunda ABŞ ordusuna məxsus 3 yük maşını toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəzadan sonra iki hərbçi yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Polşada ABŞ-ın 3,5 min nəfərlik tank briqadası yerləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/741785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR