Suriya Qolan təpələri üzrə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.

Publika.az xəbər verir ki, bu haqda diplomatlara istinadən “Frans Press” agentliyi bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi İsrailin nazir İsrail Benyamin Netanyahu ilə görüşün gedişatında İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması haqqında bəyannaməni imzalayıb.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, BMT Təhlükəsizlik Şurasından yan keçərək Qolan təpələrinin statusunun dəyişdirilməsi BMT qərarlarının birbaşa pozulmasıdır.

Xatırladaq ki, İsrail 1967-ci ildə “altıgünlük müharibə”nin gedişatında Suriyaya məxsus Qolan təpələrini işğal edib və 1981-ci ildə ərazini birtərəfli qaydada zəbt edib.