17 yaşlı qızdan TÜKÜRPƏRDƏN etiraf!

Şimali Kipr Türk Cümhuriyyətində, Girne şəhərində qarşısına çıxan 49 yaşlı Filipinli Elmerry Sanchezi 8 yerindən bıçaqlayaraq öldürməyə cəhd edən 17 yaşlı lisey tələbəsi Tuana K. 5 il həbs cəzasına məhkum edilib.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki. Şimali Kiprdə şok effekti verən hadisə 30 Oktyabr 2018 tarixində meydana gəlib.

Tuana K. adlı gənc qız, evdən aldığı çörək bıçağı ilə küçədə qarşılaşdığı ilk adam olan Sancheze hücum edib.

Bir anda yerə yıxılan Filipinli qadın, qanlar içərisində qalıb.

Tuana K. daha sonra hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb. Yaxalanan şübhəli Tuananın polisə verdiyi ilkin ifadəsində "qatil olmaq necə bir şeydir bilmək istəyirdim, bunu yaşamaq istədim. İmkan tapdım və yoldan keçən ilk adamı bıçaqladım. Sonda ən böyük xəyalımı gerçəkləşdirdim" deyib.

8 yerindən bıçaq zərbəsi alan Filipinli qadın da dövlət xəstəxanasına yerləşdirilib.


Şübhəli K.nin cəzalanması Girne Ağır Cəza Məhkəməsində dünən nəticələnib.

"Birini bıçaqladığım üçün peşman deyiləm. Məni buraxsanız yenə birini bıçaqlayaram" deyən şübhəli 5 il həbs cəzasına məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR