İnanılmaz fakt! Hamı elə bilirdi ki, ölüblər

Türkiyə Silivridə dəfinə axtararkən açdıqları tuneldə yox olduqları iddia edilən 2 nəfəri arama işləri dayandırılıb.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, işlərin dayanmasına xəzinəçi yoldaşlarının,"onlar xəzinəni tapıb qaçdı" ifadəsi səbəb olub.

Xəzinəçi ailələri isə axtarışlar yenidən başlayana qədər hadisə yerindən çıxmayacaqlarını söyləyiblər.

İstanbulun Silivri rayonunda xəzinə axtarmaq üçün qazdıqları tuneldə 16 mart günü sıxışıb qaldığı iddia edilən Mehmet Malik Bin Ənəs Uçan və Camal Gülgörü axtarış işlərinə son verilib.

Silivridə xəzinə axtarmaq üçün villa icarəyə götürən 5 nəfər, 6 ay ərzində 127 metr tunel qazıb. Ancaq 16 mart 2019 günü 3 nəfər jandarmaya gedərək, 2 yoldaşlarının açdıqları tuneldə uçqun altında qaldığını deyib. Edilən xəbərdarlığın ardından jandarm 3 nəfəri saxlayıb, itkni olan 38 yaşlı Mehmet Malik Bin Ənəs Uçduğu və 39 yaşlı Camal Gülgörü axtarmağa başlayıb. AFAD və yanğınsöndürmə komandalarının iştirak etdiyi işlər 3 gün sonra sona çatıb.

Arama işlərinin son qoyulmasına səbəb nəzarətə alınan 3 şübhəlinin prokurorluq sorğularında ifadələrini dəyişməsinin səbəb olduğu iddia edilib. Jandarmaya verdikləri ifadədə, "dostlarımız uçqun altında qalıb" deyən şübhəlilər, prokurora verdikləri ifadədə isə "onlar xəzinə tapıb qaçdı. Tuneldə kimsə yoxdur" deyib.

Bu ifadələrin ardından prokurorluq Məmməd P. adlı şübhəlini həbs olunması tələbilə məhkəməyə sövq edərkən, digər iki şübhəlini azad edib. Villanın yanında yaxınlarından xəbər gözləyən ailələr isə axtarış işlərinin dayandırılmasına reaksiya göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR