"Bu günədək "DOST İş Mərkəzi" vasitəsilə 30 minə yaxın şəxs ictimai işlərə cəlb olunub".

Metbuat.az-ın məlumatına görə, bunu diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan islahatlar barədə məlumat verən Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir bildirib ki, həmin şəxsər 2 ay ərzində işlə təmin olunublar və gələcəkdə bu mexanizm daha çox adamı əhatə edəcək.

Günay Elşadqızı / METBUAT.AZ