Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin iş funksiyasının "ASAN" xidmətlə eyni olması və bu xidmətin ASAN-a verilməməsinə aydınlıq gətirib.
Metbuat.az-ın məlumatına görə, Sahil Babayev bildirib ki, nazirlik tərəfindən bu xidmətin reallaşması barədə "ASAN xidmət" ə təklif göndərilsə də onlar bununla razılaşmayıblar:
""ASAN" xidmət orta təbəqəyə xidmət göstərir. Onların kontingenti 500 min-bir milyon arasıdır. "DOST"un kontingenti isə 2.5 milyondur. Biz "ASAN"la bu məsələni müzakirə edəndə onlar buna hazır olmadıqlarını bildirdilər. Çünki burada biznesmenlər, sahibkarlar növbə gözləyir. Onlarla bərabər əlilliyi olan şəxsin müraciət edib gözləməsi düzgün gəlmirdi. Çünki onlar həssas təbəqədir. Həm də say baxımından çox kontingentin olması və onlara xidmət göstərməyin çətinliyi ilə əlaqədar "ASAN" xidmət onlara birləşməməyi təklif etdi".
Nazir bildirib ki, biz "DOST" mərkəzlərində işçilərimizi də sosial və psixoloji cəhətdən hazırlayırıq: "Onlar hər gün yüzlərlə belə şəxslə görüşəcəklər".
Günay Elşadqızı / METBUAT.AZ