Aparıcı Aytən Səfərova 106.3 FM-də Raqif Raufoğlu ilə birgə apardığı “Bumeranq” şousundan ayrılıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.
“Bu gün “Bumeranq” səhər şousunda axırıncı çıxışımdır” deyə, aparıcı veriliş zamanı söyləyib.
O, aprelin 8-dən etibarən, Dj Valid (Valid Əliyev) və Natiq Zərbəliyevlə birgə 106 FM-də “Primetime” verilişini aparacaq.
“Bumeranq” səhər şousunda Aytənin yerinə kimin gələcəyi isə bəlli deyil.
Qeyd edək ki, bundan öncə şouda aparıcılıq edənlərdən biri də Mətanət Əliverdiyeva olmuşdu.