Azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.

Metbuat.az "Tengri Life"a istinadən xəbər verir ki, ifaçı oktyabrın 13-də “Qorday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Avtomobilə baxış zamanı narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, müğənni müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Qeyd edək ki, Navainin oktyabrın 14-də Astanada keçirilməsi planlaşdırılan konserti ləğv edilib.