"Barselona" yay transferi dövründə külli miqdarda pul xərcləmək niyyətində deyil.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin vitse-prezidenti Jordi Mestre əlavə xərclərin əleyhinə olduqlarını deyib.
"Şübhəsiz, məşqçilər korpusunun rəyini dinləyəcəyik. Onların nə istədiyini bilmək vacibdir. Lakin bütün hallarda transferlərə başgicəlləndirici vəsait xərcləmək fikrimiz yoxdur", - Mestre deyib.
Barcelona ən çox vəsaiti Filipe Koutinyo və Usman Dembelenin transferinə xərcləyib. Braziliyalını keçidi 135 milyon avroya başa gəlib. Fransalı isə 120 milyon avro müqabilində əldə edilib.
Milli.Az