"Mançester Yunayted" baş məşqçisi Ole-Qunnar Sulşerin sabiq klubu "Molde"yə təzminat ödəyəcək.
Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, klub dünən norveçli mütəxəssisi baş məşqçi kimi təsdiqlədiyi və onunla müqavilə imzaladığı üçün Norveç klubuna 580 min avro verəcək.
Xatırladaq ki, "MY" eyni məbləği "Molde"yə Sulşeri komandanın müvəqqəti baş məşqçi vəzifəsinə gətirdiyi vaxt- dekabrda da ödəmişdi.