Mərkəzi Bankın qarşısında qəza baş verib: ölənlər var

Bakıda ölümlə nəticələnən qəza baş verib.

Səhiyyə Nazirliyindən Metbuat.az-a daxil olan məlumata görə, Mərkəzi Bankın qarşısında 44 yaşlı sürücü avtomobillə piyadaları vurub, daha sonra avtobusa çırpılıb.

Hadisə nəticəsində sürücü və 50-55 yaşlarında naməlum qadın dünyasını dəyişib. 60 yaşlarında qadın və 30 yaşlı kişi ağır isə yaralanaraq Kliniki Tibbi Mərkəzə gətirilib.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR