Pakistan Hindistan sərhədində yerləşən Kəşmir nəzarət məntəqəsində yenidən gərginlik yaşanıb.
Metbuat.az publika.az-a istinadən xəbər verir ki, iki ölkənin hərbi qüvvələri arasında yaşanan atışma zamanı 7 nəfər həlak olub.
Hadisə ilə bağlı Pakistan ordusu tərəfindən açıqlama verilib.
Bildirilib ki, Hindistan əsgərlərinin Kəşmir Nəzarət Xəttinin Pakistana aid hissəsindəki hərbi mövqeləri hədəf alması nəticəsində 3 əsgər həlak olub.
Hindistan ordusu isə qarşı tərəfi atəşkəsi pozmaq və Hindistan tərəfdəki Punç bölgəsini hədəf almaqda günahlandırıb.
Hindistanın ədliyyə məmuru M.K. Sinha verdiyi açıqlamada insident nəticəsində 1 hind əsgəri ilə 1 qadın və 1 azyaşlı qızın öldüyünü, 18 dinc sakin və 5 əsgərin yaralandığını deyib.