Ağcabədidən Bakıya gələn 28 yaşlı qız itkin

Ağcabədidən Bakıya gələn 28 yaşlı qız itkin düşüb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Sadıqova Bəsti Allahverdi qızı bir neçə gün əvvəl rayonda yaşadığı evdən çıxaraq itkin düşüb.

B.Sadıqova evdən çıxarkən Bakıya qohumunun evinə getdiyini deyib.

Ailə üzvlərinin dediyinə görə, B.Sadıqovanın psixi pozuntuları var.

B.Sadıqovanı sonuncu dəfə Bakı şəhəri, Səbail rayonu ərazisində görüblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR