Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan-Rusiya sənaye əməkdaşlığı forumu keçirilir.
Metbuat.az-ın məlumatına görə, tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun iştirakı ilə baş tutub.
Forum çərçivəsində "Rosselmaş' kombayn zavodu ilə “Sumqayıt Texnologiyalar Parkı” MMC arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Rusiyanın "AzOkso" və Azərbaycanın "Servicelnest" şirkətləri arasında hasarlara sistemlərinin qurulmasına dair Anlaşma Memorandumu, eləcə də "AzOkso" ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında əməkdaşlığa dair saziş imzalanıb.
Günay Elşadqızı / METBUAT.AZ
FOTO: İdrak Mustafayev