"Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı uğurla davam edir".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan-Rusiya biznes forumunda Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bildirib. Azərbaycan-Rusiya İşgüzar Şurasının əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qeyd edib ki, Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələrin, iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edilir.

S.Qurbanov bildirib ki, qarşılıqlı maraq doğuran məsələlər iş adamlarının iştirakı ilə keçirilən işgüzar şuraların birgə iclasında müzakirə edilir.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: İdrak Mustafayev