Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya

Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, 2004-cü il təvəllüdlü Y.Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Onun xəsarətləri qabırğaların və çanaq sümüyünün sınıqlarıdır. Hazırda xəstə nəzarət altındadır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-ə deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.

Qeyd edək ki ki, bu gün Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR