Bakı. Trend:

Azərbaycanlı Famil Sadıqov "Qazprom" İctimai Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, Sadıqov sədrin maliyyə-iqtisadi məsələləri üzrə müavini olacaq. Sadıqovdan öncə bu vəzifəni Andrey Kruqlov yerinə yetirib. Kruqlov digər vəzifəyə təyin olunmağı ilə əlaqədar bu vəzifədən azad edilib.

Qeyd edək ki, Sadıqov 2009-2019-cu illərdə “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini, bundan əvvəl isə Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub.

F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin