"Son bir neçə ayda 30 -dan çox binanın həm tikintisinə, həm istismarına icazə verilib"- Dövlətxan Dövlətxanov

"Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsi son bir neçə ayda 30 -dan çox binanın həm tikintisinə, həm istismarına icazə verib".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun sədr müavini Dövlətxan Dövlətxanov bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 19 fevralda imzaladığı fərman bundan əvvəl tikilmiş və məskunlaşma olan, lakin istismara icazə verilməyən binalara aiddir:

"Bu prosesdə xeyli asanlaşma nəzərdə tutulub. Əsas prosedur odur ki, ilk olaraq bu obyektlərin sahibləri, yəni tikinti təşkilatları, belə təşkilatlar yoxdursa o binanı idarə edən təşkilatlar, bunlar da yoxdursa, həmin binanın yerləşdiyi yerli icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinə müraciət edib bu binanın siyahıya salınmasını təmin etməlidir. Sonradan FHN-nin nümayəndələri, digər aidiyyəti orqanların nümayəndələri ilə birgə həmin binalara baxış keçirir və insanların yaşaması üçün müvafiq rəy verərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edirlər. Biz həmin sənədlərin əsasında Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş istismara sadələşmiş icazə forma formatında binalara icazə veririk və bu icazə barədə məlumatları həm Əmlak Məsələsi Dövlət Komitəsinə, həm Fövqəladə Hallar Nazirliyinə, həm də Təchizat təşkilatlarına göndəririk, yəni Azərişıq, Azəriqaz, Azərsuya ki, bu obyektlər artıq istismara verilib. O vurğulayıb ki, bu günə qədər biz artıq 8 belə MTK üzrə sənədlər imzalamışıq və bu proses davam edir".

D.Dövlətxanov bildirib ki, məqsədimiz bu prosesi tez bir zamanda həyata keçirməkdir:

"Aydındır ki, digər binalarda nəzarət gücləndiriləcək. Düzdür ilk növbədə qeyd edim ki, Dövlət Tikinti Nəzarəti tikilən obyektlər üzrə FHN -dən keçirilir. Komitə tərəfindən də şəhərsalma tərəfindən keçirilir. Bu nöqteyi-nəzərdən həm qurumlar tərəfindən, həm bizim tərəfimizdən FHN tərəfindəm bu nəzarət gücləndiriləcək. Hazırda bizim Komitə tərəfindən icazələr verilir, həm istismara həm tikinti icazələrinə. Bizim Komitə tərəfindən son bir neçə ayda 30-dan çox belə icazə verilib".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR