"Son 3 ay ərzində məhkəmələrə iqtisadi mübahisələr üzrə 500-dən çox iddia daxil olub"-

"2018-ci ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, son 3 ay ərzində məhkəmələrə iqtisadi mübahisələr üzrə 500-dən çox iddia daxil olub".

Metbuat.az-ın məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

Nazir müavininin sözlərinə görə, onların da hamısı elektron qaydada olub: "Ölkənin elektron məhkəmə infomasiya sisteminə qoşulmuş digər məhkəmələrə vətəndaşlar tərəfindən elektron qaydada 1000-ə yaxın iddia verilib. Bu da bütün məhkəmələrin 61 faizini təşkil edir". Nazir müavini bildirib ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə kiçik iddialara dair işlər üzrə icraatın sadələşmiş prosedurlarla aparılmasının təsbit olunması da mülki prosessual qanunvericilikdəki mühüm yeniliklərdəndir: "Bu da qanunvericilikdə yeni prinsipin əsasını qoyub. Belə ki, mülki işlər üzrə qiyməti 2000 manat, iqtisadi mübahisələr üzrə 10 min manatdan az olan iddialara sadələşdirilmiş icraat qaydasında məhkəmə tərəfindən 30 iş günü müddətində tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən, tərəflər məhkəməyə çağırılmadan baxılır. Artıq sadələşdirilmiş icraat qaydasında iqtisadi mübahisələrə baxan məhkəmələrə 100-ə yaxın, elektron məhkəmə informasiya sisteminə qoşulmuş digər məhkəmələrə isə 1300-ə yaxın müraciət olub".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR