4 azyaşlı qıza təcavüz edən məşqçi həbs olundu

4 azyaşlı qıza təcavüz edən məşqçi həbs olundu
14:17 5 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin paytaxtı Ankarının Çankaya rayonunda kikboksinq məşqçisi Yavuz Ö. həbs olunub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, buna səbəb mütəxəssisin 14-17 yaş arasında 4 idmançı qıza təcavüz etməsi olub.

Yavuz Ö. adı açıqlanmayan qızları müxtəlif vaxtlarda cinsi istismara məruz qoyub. Şübhəlinin üzərində eyni əmələ görə başqa bir olayda da cinayət işi olduğu məlum olub.

Yavuz Ö.-nün əməli sahibi olduğu idman salonuna gedən qızlardan birinin təcavüzə məruz qalmasını rəfiqəsinə danışmasından sonra üzə çıxıb. Bunun öz başına da gəldiyini deyən digər qız və rəfiqəsi ailələrinə olayı danışıb. Ailələr isə polisə müraciət edib.

Yavuz Ö. həbs olunandan sonra 18 yaşından böyük daha iki qız yetkinlik yaşına çatmadan təcavüzə məruz qalmaları barədə polisə şikayət edib.

Məlum olub ki, Yavuz Ö. özəl məşq keçmək bəhanəsi ilə onları idman salonuna çağıraraq təcavüz edib.

Şübhəli ittihamları qəbul etməyərək qızların yalan danışdığını bildirib. Yavuz Ö. qeyd edib ki, hazırda bir idman federasiyasının prezidentliyinə namizəddir və uşaqlar onun idman karyerasını bitirmək istəyən şəxslər tərəfindən öyrədilərək ona şər atıblar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/turkey/744439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR