Qırğız Respublikası Baş Prokurorluğuna Dövlət Gömrük Xidmətinin sabiq sədri Adəmqul Junusova qarşı ittihamnamə daxil olub.
“Report” “Azattyk”a istinadən xəbər verir ki, Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətinin məlumatına görə, cinayət işi baxılmaq üçün Baş Prokurorluq tərəfindən Bişkek şəhəri Oktyabr Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Azərbaycanda saxlanılaraq 2018-ci il dekabrın 28-də vətəninə ekstradisiya olunmuş A.Junusova qarşı 2013-2016-cı illərdə işləyərkən idarənin vəzifəli şəxsləri ilə “dayanıqlı korrupsiya şəbəkəsi” qurmaq ittihamı irəli sürülüb.