Uşaq hüquqlarının qorunması ilə bağlı mühüm sənəd hazırlanır

Uşaq hüquqlarının qorunması ilə bağlı mühüm sənəd hazırlanır
11:44 6 Aprel 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı çox güclü qanunvericilik bazası var. Hazırda uşaq hüquqlarının qorunması ilə bağlı çox mühüm sənədlərin hazırlanması və qəbulu nəzərdə tutulur".
 
ONA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
 
"Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi monitorinq sistemi yaradılıb. Lakin bizi düşündürən məsələlər çoxdur. İlk növbədə, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri dərk etməlidirlər ki, onların övladları xəstə deyil. Bəzi hallarda ana günahkar qismində görülür, tərk edilir və bu, uşağa çox pis təsir edir", - Dövlət Komitəsinin sədri bildirib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR