Selfi 3 nəfərin həyatına son qoydu - İranda

Selfi 3 nəfərin həyatına son qoydu - İranda
15:15 6 Aprel 2019
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın Çahar-Mahal və Bəxtiyari vilayətində çay kənarında selfi çəkmək istəyi 3 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, bunu vilayətin polis rəisinin müavini Kavus Məhəmmədi deyib.

K.Məhəmmədinin sözlərinə görə, bir neçə ailə istirahət etmək üçün Koro kəndinə gedib. Çay kənarında selfi çəkməklə məşğul olan üç nəfər suya düşüb və üzə bilmədikləri üçün boğulublar.

Faktla bağlı araşdırmanın aparıldığı bildirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3042523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR