“Şainçik, danış, mənə pul versinlər...” - VİDEO

“Şainçik, danış, mənə pul versinlər...” - VİDEO
15:37 8 Aprel 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az axar.az-a istinadən Mirşahinin Sevinc Osmaqızı barədə dediklərini təqdim edir:

Növbəti sensasiyaya hazır olun. Amma əvvəlcə kiçik bir haşiyə çıxım.

Osmanqızıdan danışacam. Bu adamın yalan danışdığını görmək məndən ötrü çox ağırdır. Bir keçmiş həmkar kimi. Məsələn, bu yaxınlarda çıxış edirdi, deyirdi ki, hələ Bakıda yaşayanda, guya ona hakimiyyətdən çamadan dolusu rüşvət təklif ediblər ki, CNN-də reportajlar versin.

Sevinc özü yaxşı bilir ki, bu gülünc söhbətdir. Əksinə, Sevinc özü can atırdı ki, ona yaxşı pul versinlər. Etdiyi reportajlar da avans xarakterliydi. Ümumiyyətlə, qadınlarla aramda olan nələrsə barədə danışmaq, yalnız mənə və ona aid olan mövzularda arxiv açmaq kimi adətim yoxdur. Amma yalnız mənə və ona olduqda! İndi artıq o situasiya deyil. Bu bir davadır. Barrikadanın bu tərəfində mənəm. Sevinc Osmanqızından xahiş edərdim ki, vicdanının səsinə qulaq assın. Onda eşidəcək ki, o səs nə pıçıldayır. "Şainçik, danış da, mənə pul versinlər də, SOCAR neft pulundan mənə versin də. AKKORD-u çəkim də CNN-ə, nə qədər verərlər? "Azqranata"dan reportaj verim də..."

Osmanqızının vicdanı bu sözləri pıçıldamalıdır. Yoxsa, Zoya Kosmedemyanskaya olub mənimçün. Osmanqızı bu saat da böyük məmnuniyyətlə özünü təklif edə bilir. Hətta lap aşağı yerinə. Dəfələrlə demişik ki, bu qadının əsas məqsədi pul əldə etməkdir. Qrant pulları. Tək yox. Şəbəkə yaratmaqla. Onun bütün fəaliyyəti şübhəli qurumlarla əməkdaşlıq etməklə Azərbaycana qarşı çalışmağa yönəlib. Bütün fəaliyyəti!

Bu yaxınlarda Osmanqızının xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə bəzi məlumatlar yayılmışdı. O da məsələnin üzərinə getmişdi və hətta özünü və Osmanqızı Sevinciklərin bir qrupunu da inandırmağa çalışmışdı ki, hədd-büluğa çatmayıb, hələ tər qönçədir, vətən, millət bakirəsidir! Baxmayaraq ki, Sevincin hansı yuvanın göyərçini olduğunu bilirəm və onu da bilirəm ki, ayağında daşıdığı məktublar kimdən və kimədir.

Xülasə, çox uzatmayaq. Sevinc Osmanqızının qibləsi və amalını, ailəsindən və atasının şəhid ruhundan da artıq ehtiram bəslədiyi dəyəri - pula olan sevgisini əyani faktlarla göstərək. Təkcə qaragüruh təkhüceyrəlilərinə deyil, bəzən onu sadəcə tanımadıqlarından aldanan sadəlövhlərədi həm də sözüm. Bu insan sadəcə satıcıdır. Satqın demirəm. Xətrinə dəyir, bilirəm. Sa-tı-cı! Vətəni satır. Dollarla, sentlə, qrantla...

Qulaq asaq. Osmanqızı təzə piştaxta yoldaşı tapıb. Çingiz Sultansoy. Ona cik-cik öyrədir. İndi özünüz görəcəksiniz ki, bu adamlar Azərbaycanı özlərinin şirin dilində necə satırlar. Təqdim edəcəyim faktlara bir aydınlaşdırıcı məlumat da qoşum.

Deməli, özünü Azərbaycanda heç cür tapa bilmədiyindən xaricə qaçmış "neudaçnik" jurnalist Çingiz Sultansoy dolanışıq yolunu xaricdə axtarır. Ona məsləhət görürlər ki, hər fürsətdə özünü xeyirxah ana-bacı kimi təklif edən Sevinc Osmanqızının məsləhətindən bəhrələnsin. O da müraciət edir. Osmanqızının lütfkarlıqla bəxş etdiyi Yutub səhifəsində Azərbaycan dövlətinə qarşı çıxış edib. Yəqin sizdən ötrü sirr deyil də, Azərbaycanı nə qədər sərt söysən, nə qədər inanılmaz böhtan atsan, bir o qədər xəfiyyə pulu almaq imkanın var. Burda da belədir. Çingiz Osmanqızı kanalında çıxış edib və maliyyə yengəsi də ilk təəssüratlarını danışır. Bu danışıqdan aydın olur ki, Sultansoyun "Alternativa2 kanalı da Sevincin tapşırığı ilə yaradılıb. Beləliklə, diqqət, qulağınız bizdə olsun. Damışır Osmanqızı və Sultansoyu yaşıl əsginazlarla döşənən Qırmızı Fanarlar küçəsində əlindən tutub gəzdirir.

"Bir də ki, Çingiz müəllim, siz vaxtınız olanda Yutubda özünüzə bir kanal açın, məsəl üçün, "Alternativa" ola bilər və siz verilişlər olduqca ora da yerləşdirin. Bu, yavaş-yavaş başlayacaq özünə auditoriya yığmağa, həm də ki, müəyyən vaxt keçəndən sonra başlayacaq gəlir gətirməyə. Bunları da edin. İnşallah, biz bunu 5-6 dənə veriliş edəndən sonra o səhifəni də göndərə bilərik ki, qrant üçün müraciət edək".

Sevinc bununla kifayətlənmir. Təcrübəli bir nüfuz agenti kimi başqa faydalı məsləhətlər də verir. Eyni zamanda, qrant debütantına ürəkləndirici, ruhlandırıcı sözlər ünvanlayır.

"Əslində müsəlmanın sonrakı ağlı, qrant üçün əslində elə gərək mən özüm Osmanqızıda olan linklərinizi göndərim, çünki orada baxış da çoxdur və sadəcə olaraq mən pleylist edəcəm, bu "Aternativa"nın özünü pleylist edəcəm, bir neçə dənə olsun. Amma sizin öz kanalınızın olmağı yaxşıdır, mən hesab edirəm ki, olsun da, o böyüyəcək, mən də lazım gələndə kömək edəcəm paylaşmağa və vaxt keçdikcə auditoriya da yığacaqsınız. Bu qədər, mən hələ də ürəyim sevinir ki, sizdə çox super alındı, çox qəşəng idi, yəni balaca dəyişiklik görürsünüz də nə qədər böyük fərq elədi. Hələlik sağ olun. Poka".

Budur Sevinc Osmanqızı. Əsil Osmanqızı. "Şainçik, mənə neft pulları versinlər də" - deyə guya öz aləmində sadəlövh şəkildə, məsum qızcığaz manerasında, qarşısındakı kişini bişirməyə yönəli flirt intonasiyası təklif edən qadın. Sadəcə pul lazımdı ona və onlara. Onların Azərbaycanda demokratiya, insan azadlığı altında yaymaq istədikləri də əslində qrant üçün etdikləri duadır. Belə adamlara pulu yalnız Azərbaycanı söyməyə, ölkə daxilində, camaat arasında nifaq salmağa yönələn çıxışlara, vətənə xəyanət yoluna görə verirlər. Ən ağrılısı da budur ki, Sevinc sıradan bir soyadın daşıyıcısı deyil, şəhid Osman Mirzəyevin qızıdır.

Əslində burda başqa bir mövzunu da müzakirə etmək olar. İnsanın öz ata-anasına münasibətdən itələnərək vətəninə, dövlətinə göstərdiyi yanaşma. Bu müraciətə baxın. Anasından imtina edir bu adam. Virtual Suriya modelinin apostrofu. Adını bilmirəm və bilmək də istəmirəm. Amma məlumat verim ki, biləsiniz söhbət nədən gedir.

Deməli, şərti olaraq Pavlik Morozov adlandırdığım bu dəliqanlını və ya dəlini, qansızı özündən çıxaran o olub ki, anası ona doğru yolda olmadığını deyib, Azərbaycan əxlaqına, adət-ənənəsinə uyğun olaraq yol göstərib. Deyib ki, südümü sənə halal eləmərəm, Azərbaycan sənin vətənindir, ona dönük çıxma, elə eləmə ki, özümü öldürüm. Vətənə xəyanətlə məşğul olursan. Bu isə ananın layiq görüldüyü cavab.

"Qaldı ki, anam və digərləri də mənə nəysə burda deyirlər ki, özümüzü öldürəcəyik, yandıracağıq və sairə. Öldürürsünüz, cəhənnəmə öldürün. Özünüzə də qəsd eləyəcəksinizsə, cəhənnəmlik olacaqsınız. Qəsd etsəniz, mən heç kimin yerinə gəlməyəcəm, doğma anamsan, özünü öldürürsən, get öldür, mən sənin yerinə-zada gələn deyiləm. Qəsd eləyirsən, cəhənnəmə elə, mənim elə anam yoxdu, elə qardaşım yoxdu, elə bacım yoxdu. Əl çəkin məndən. Mənə zəng eləməyin. Məni terror eləməyin. Nifrət eləyirəm hamınıza. Cəmiyyətə nifrət eləyirəm, bu xalqa nifrət eləyirəm, nifrət eləyirəm hamınıza, sağ olun".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sensasiyaya hazır olun - Mir Şahin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/745263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR