“Məktəblinin vəfatı və direktorun səs yazısı araşdırılacaq”

“162 nömrəli orta məktəbinin VIII sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 3-cü mərtəbəsindən atmasına görə cinayət hadisəsi ilə bağlı hazırda istintaq tədbirləri aparılır”.

Metbuat.az-ın məlumatına bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. Qurum rəsmisi bildirib ki, istintaqın gedişində bütün təfərrüatlar araşdırılacaq: “Şübhəsiz ki, istintaqın gedişində bu məsələ ilə bağlı bütün təfərrüatlar araşıdırılacaq və hüquqi qiymətini alacaq. Hətta məktəb direktorunun səs yazısının özü də araşdırılacaq. Xahiş edirik ki, istintaq prosesinin nəticələrini gözləyək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR