DİN avtomobillərdən oğurluqlarla bağlı sürücülərə XƏBƏRDARLIQ etdi

DİN avtomobillərdən oğurluqlarla bağlı sürücülərə XƏBƏRDARLIQ etdi
17:22 8 Aprel 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) oğurluq halları ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, DİN nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.

Nazirlik bildirir ki, belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, təhlükəsizlik kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3043314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR