Turistlər üçün ən cəlbedici istiqamətlər - SİYAHI

Turistlər üçün ən cəlbedici istiqamətlər - SİYAHI
19:24 8 Aprel 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çox oxunan turizm saytı “Tripadvisor” turistlər üçün ən cəlbedici istiqamətlərin siyahısını açıqlayıb.
 
Birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.
 
Saytın veb-səhifəsində ən maraqlı adalar, ekzotik ölkələr, müxtəlif tur-paketlər və kruizlər turistlər üçün təklif olunur.
 
Dünyanın ən romantik şəhəri kimi qəbul edilən Paris siyahıda ikinci, tarixi gözəllikləri ilə insanı valeh edən İtaliyanın paytaxtı Roma isə üçüncüdür. 
 
Növbəti yerlərdə Yunanıstanın ən böyük adası olan Krit, tropik təbiətin hakim olduğu Bali, hər il təxminən 5 milyon turist qəbul edən, bəyaz qumlu çimərlikləri, ecazkar təbiəti ilə məşhur Puket adası, zəngin sənət tarixi ilə ziyarətçilərin diqqətini çəkən Barselona üç böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən, başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu olan və iki qitədə yerləşən İstanbul, Şimali Afrikanın ekzotik şəhərlərindən olan Mərakeş və Ərəb yarımadasının ən inkişaf etmiş ölkələrindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri qərarlaşıb.
 
 
(AZƏRTAC )

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR