Muğam Mərkəzi ilk dəfə ərəb klassik fortepiano musiqisini təqdim edəcək

Muğam Mərkəzi ilk dəfə ərəb klassik fortepiano musiqisini təqdim edəcək
19:27 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzi ilk dəfə ərəb klassik fortepiano musiqisini təqdim edəcək.

Aprelin 12-də 2019- cu il tarixində Beynəlxalq  Muğam Mərkəzində saat 19.00-da Mərakəşli pianoçu Maruan Benabdallah tamaşaçıların önündə çıxış edəcək.

Mərakeş səfirliyi "Frankofoniya həftələri" layihəsi çərçivəsində Maruan Benabdallahın " Arabaesque " adlı konserti ərəb və digər ölkələrdə dinləyicilərin klassik musiqiyə maraqını cəlb etmək məqsədi daşıyır.
İfaçı uşaq yaşlarından Almaniya, Avstriya, Çin, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliyada konsert proqramları ilə çıxış etmişdir.
Marouan Benabdallah İsrailin Tel-Əviv şəhərindəki Arthur Rubinstein Master müsabiqəsində mükafat qazanmışdı. Yerli mətbuat onun ifasını "möcüzəli" (Maariv) elan edib.

Macarıstanın ənənələrinə dərindən köklənmiş bir musiqi mirası ilə cənab Benabdallah Bela Bartok Konservatoriyasında və Budapeştdə Ferens Liszt Akademiyasında təhsilini artırmış və 2008-ci ildə Macarıstan Parlamentinin medalı ilə təltif olunmuşdur.

Hələ otuz yaşında olan, məşhur pianoçu Macarıstan Radio Simfonik Orkestri,Budapeşt Simfonik Orkestri, Hilton Baş Simfonik Orkestri (ABŞ), Buenos Aires Filarmonik Orkestri və Castleton Lorin Maazel simfonik və Venesiya Filarmonik Orkestrası (İtaliya) ilə çoxsaylı konsertlərdə solist kimi  çıxış etmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/745208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR