İTV daha bir məşhur layihənin lisenziyasını alıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb.

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Metbuat.az-a verilən məlumata görə, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədə əsasən, şirkətin əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq.

Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər. Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq.

Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək.

Telelayihədə iştiraka dair kastinq və digər məlumatlar haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edəkki, “Talpa Global B.V” “Səs” (The voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR