“Formula 1”in yubiley mərhələsi Çində keçiriləcək

“Formula 1”in yubiley mərhələsi Çində keçiriləcək
13:47 9 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 14-də Çində keçiriləcək “Formula 1” üzrə dünya çempionatı yubiley ilə əlamətdar olacaq.
“Report” xəbər verir ki, Şanxayda baş tuatacaq yarış tarixə 1000-ci mərhələ kimi düşəcək. İlk mərhələsi 13 may 1950-ci ildə Böyük Britaniyanın Silverstoun trassında baş tutan “Formula 1”ə indiyə qədər 32 ölkə ev sahibliyi edib.
Yarış ümumilikdə 72 trassda reallaşıb. Ən çox mərhələ İtaliyada təşkil olunub – 96 dəfə. Ən az isə cəmi 1 dəfə Mərakeşdə olub.
Qeyd edək ki, Azərbaycan 26-28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək. Bu isə o deməkdir ki, Bakıdakı yarış 1001-ci mərhələ olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-in-yubiley-merhelesi-cinde-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR