Monteneqro Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib

Monteneqro Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib
14:15 9 Aprel 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, P.Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.

Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Bu xüsuda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.

Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3043778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR