"Bu il 18 qatarın təmir olunub xəttə buraxılması nəzərdə tutulub".
Metbuat.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov bildirib.
Onun sözlərinə görə, metro qatarları təmir ediləndən sonra 480 min kilometr hərəkət edə bilir:
"Bu prosesdə 30 min kilometr fərq ola bilər. Yəni 480 min kilometrdən sonra qatar 30 min kilometr hərəkət edə bilər. Qatarlar hərəkətdə olduğu müddətdə vaqonların cari təmir edilməsi eyni zamanda qatarın hərəkət tempinə də müsbət təsir göstərir".
Günay Elşadqızı / METBUAT.AZ