"Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 8,1%, fiziki şəxslərin sayı isə 28,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı 11,3% artıb" .
Metbuat.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, cari ilin mart ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi 87,8% təşkil edib.
Ə.Məmmədov bildirib ki, ötən il yanvarın 1-ə olan məlumata görə bu göstərici 69.8 faiz idisə, hazırda bu rəqəm 81.3 faizdir: "Bir prosedurla hüquqi şəxslərin qeydiyyatı 11-12 faiz artıb. Başqa sözlə, əgər bir ayda 1000-1200 hüquqi şəxs qeydiyyata alınırsa, bunun 81,3 faizi elektron qeydiyyata alınır. Yəni bir prosedurla qeydiyyatın həyata keçirilməsi prosesi tam tətbiq olunur".
Günay Elşadqızı / METBUAT.AZ