Ali məktəblərin tədris planına

"Azərbaycan Prezidentinin göstərişi və Təhsil Nazirliyinin məsləhəti ilə ölkəmizin bütün ali təhsil ocaqlarında bakalavr səviyyəsində "Multikultralizmə giriş" adlı fənn tədris sisteminə daxil edilib".

Metbuat.az-ın məlumatına görə, bunu "Tolerant Azərbaycan" mövzusunda keçirilən konfransda Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda fənnin tədrisi üçün Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən "Multikultralizm" kitabı hazırlanır:

"Gənclərimiz bu kitab vasitəsilə dinlərin tarixi, multikultralizm barədə geniş biliyə sahib olacaqlar".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)