"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Könül Hümbətova ifadə verib.
O, 2012-ci ildən "United Credit Bank"da çalışdığını, hazırda həmin bankın xəzinədarı olduğunu və 2017-ci ildən analıq məzuniyyətinə çıxdığını bildiirb.
O qeyd edib ki, təqsirləndirilən R.Vəliyevin şirkətləri "United Credit Bank"dan da xaricə pul köçürmələri edib: "Mən bankda əsasən başqa banklarla maliyyə əməliyyatlarına, Mərkəzi Bankdan pulun alınması, ora pulun göndərilməsi kimi məsələlərlə məşğul oluram".
Suallara cavab verən K.Hümbətova deyib ki, təqsirləndirilən şəxslərdən R.Vəliyevi üzdən tanıyıər: "Deyəsən, şirkət rəhbəri kimi "United Credit Bank" gəlirib, köçürmələr edirdi".
Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.
İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev 2012-ci ilin əvvəlində R.Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. Həmin şəxslər, ümumilikdə, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.
Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.