Süni intellekt dərmanların əks təsirlərinin qarşısını alacaq

Süni intellekt dərmanların əks təsirlərinin qarşısını alacaq
15:19 18 Aprel 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Flex Databases” şirkətinin mütəxəssisləri ilk dəfə olaraq, dərmanlara nəzarət üzrə sistemdə süni intellektdən (“Anya” neyroşəbəkəsi) istifadə ediblər.
 
E-tibb.az-ın ikt.az-a istinadən verdiyi xəbərə görə, özü öyrənən sistem siqnalları, dublikatları tapmalı və preparatlara qarşı arzuolunmaz reaksiyalar haqqında mesajları avtomatik kodlaşdırmalıdır. Dərman qəbulu və arzuolunmaz reaksiya arasında səbəb-nəticə əlaqəsinin mövcudluğunu təsdiq edən bir və ya bir neçə mənbədən gələn mesajlar siqnal hesab edilir. Sistem 30 saniyə ərzində 10-a qədər siqnalı 5-ci dərəcədə emal edə bilər.
 
Preparatın qeydiyyatı zamanı onun əks təsirlərinin yalnız 50 faizi aşkarlanır. Bu, yalnız ən çox rast gəlinən və ya allergik reaksiyalara aiddir. Sistem məlumatları toplayır, qeydiyyatdan keçmə zamanı dərmanların təhlükəsizliyinə nəzarət edir və preparatın satışı ilə bağlı risklər haqqında daha dolğun və dəqiq informasiya verir. Konkret preparatın istifadəsi ilə bağlı arzuolunmaz reaksiyalar haqqında böyük həcmli məlumatların daxil olması zamanı dərman şirkəti həmin preparatın dövriyyədən  çıxarılması barədə qərar qəbul etməlidir.
 
“Neyroşəbəkənin hazırlanması, həmçinin onun dərmanlara nəzarət sistemində tətbiq edilməsi bu prosesi sürətləndirmək və əllə işləmə zamanı qaçılmaz səhvlərin olması ehtimalını azaltmaq arzusundan irəli gəlib. Bizim fikrimizcə, “Anya” dərmanlara nəzarət sisteminin əsas məqsədlərinə çatmağa daha effektiv kömək edir. Bu məqsədlərə dərmanın təhlükəsizliyinin qiymətləndirilməsi, arzuolunmaz reaksiyaların risklərinin, xüsusilə, preparatın xəstəliyə təsirinin və ölüm göstəricisinin təyin edilməsi aiddir. Bu kimi qarşılıqlı əlaqələr nə qədər tez aşkar olunarsa, apteklər və müalicə-profilaktika müəssisələri vasitəsilə pasiyentlərə təqdim edilən dərmanlar da bir o qədər təhlükəsiz olacaq”, – deyə “Flex Databases”in korporativ inkişaf və keyfiyyət üzrə direktoru Olqa Loqinovskaya bildirib.
 
e-tibb.az

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR