“Həyatını yaşamaq istəyərdim”-

Hər kəs zaman-zaman başqasının həyatına yaxşı mənada maraq göstərir. Əsasən də tanınmış şəxslərin həyatı hər zaman diqqət mərkəzindədir.

Bəs görəsən bizim tanınmışlar kimlərin həyatına maraq göstərir?

Metbuat.az tanınmışlarla “ onun həyatını yaşamaq istəyərdim” mövzulu sorğu keçirib.

Tanınmış teleaparıcı, son zamanlarda isə öz aktyorluğu ilə sevilən İlkin Həsəni həyatını yaşamaq istədiyini şəxsin Kianu Rivz olduğunu bildirib:

“Mən Kianu Rivzi seçərdim. Həmin şəxs haqqında xoşa gələn hadisələr oxumuşam. Səbəbi onun xeyriyyəçiliyi, sadəliyi və zirvədə olmasına baxmayaraq etdiyi əməllərdir. Bunları onun özü yox, ətrafında olan, tanıyan insanlar paylaşır. Ona görə də mənim seçimim məhz odur”.

Mustafa Kemal Atatürk, Al Pacino- Bu şəxsiyyətlər isə teleaparıçı Murad Əzimzadənin seçimi oldu:

“Mustafa Kemal Atatürkün həyatını yaşamaq maraqlı olardı. Çətin həyatı olmasına baxmayaraq onun həyatı mənə maraqlıdır. Aktyorlardan AL Pacinonun həyatı mənim üçün maraqlıdır."

Aktyor Fərda Xudaverdiyev türk məşhur Cem Yılmazın həyatını yaşamaq istədiyini bildirib:

“Cem Yılmazın həyatını yaşamaq istəyərdim, çünki, o, işinə çox dəyər verir. Bizim tanınmışlardan isə həyatını yaşamaq istədiyim kimsə yoxdur, özümdən çox razıyam”.

Öz həyatından razı olan tanınmışlardan biri də Elşad Xosedir.

E.Xose açıqlamasında bildirdi ki, həyatını yaşamaq istədiyi kimsə yoxdur, öz həyatından razıdır.

Sevinc Kərimova // Metbuat.az

Tolikin verilişində Kərimdən Rəşada sərt sözlər: - "Səni mənim əlimdən heç kəs ala bilməz"/ VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR