Liviya hökuməti general həftərin həbsinə ORDER VERİB

Liviya hökuməti general həftərin həbsinə ORDER VERİB
19:27 20 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Liviya Milli Ordusunun komandanı və onun tabeçiliyində olan şəxsləri Liviya paytaxtında yerləşən yaşayış məhəlləsinə hava hücumu həyata keçirməkdə ittiham edirlər. Bu barədə "DW" portalı xəbər verir.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Liviya Milli Razılıq Hökuməti aprelin 18-i Tripoliyə hücuma keçən general Xəlifə Həftərin (Khalifa Haftar) həbsinə order verib. Hərbi prokurorluq Liviya milli ordusunun komandanı və onun tabeçiliyində olan altı şəxsin həbsinə sanksiya verib. Onları Tripolidə yerləşən yaşayış məhəlləsinə hava hücumu həyata keçirməkdə günahlandırırlar.

BMT Təhlükəsizlik Şurası vahid mövqeyə gələ bilməyib

Elə həmin gün BMT Təhlükəsizlik Şurasının üzvləri Liviya münaqişəsi ilə bağlı yenidən vahid mövqe işləyib hazırlaya bilməyib. Rusiya və ABŞ Britaniyanın qətnamə layihəsini rədd edib. Belə ki, son zorakılıq hallarına görə general Həftərin məsuliyyət daşıdığı qeyd edilən maddələr Moskvanın narazılığına səbəb olub. BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Hassan Salame (Hassan Salame) zorakılığın arta biləcəyini söyləyib.

Liviya daxili işlər naziri Parisi Həftəri dəstəkləməkdə ittiham edib

Bu arada Liviya daxili işlər naziri Fəthi Başağa (Fathi Pashagha) Parisi Xəlifə Həftəri dəstəkləməkdə ittiham edib. Nazir əlavə edib ki, başçılıq etdiyi qurum Fransa ilə bütün münasibətlərini dayandırır. Öz növbəsində, Fransa xarici işlər nazirliyi ittihamın tamamilə əsassız olduğunu deyib.

Tripoliyə hücum

General Xəlifə Həftər aprelin əvvəlində Tripoliyə hücuma başlayıb. Ölkənin şərqində Tobrukda parlamenti dəstəkləyən general Faiz Saracın (Fayez al-Sarraj) milli razılıq hökumətini devirməyə çalışır. Liviyada hərbi münaqişə başladıqdan sonra AB əməkdaşlarını bu ölkədən çıxarıb. AB-nin Sərhəd Yardım Missiyasının (EUBAM) nümayəndələri Tunisə köçürülüb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Həftərin tərəfdarları ilə Milli Razılıq Hökumətinin qüvvələri arasında baş verən döyüşlərdə 200 nəfərdən çox insan həlak olub, daha 900 nəfər yaralanıb. Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) informasiyasına görə, 25 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.

75 yaşlı general Xəlifə Həftər 1969-cu ildə monarxiyanın devrilməsindən sonra hakimiyyətə gələn və 2011-ci ildə öldürülən Müammər Qəddafinin (Muammar Gaddafi) keçmiş silahdaşı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR