Türkiyənin Kapadokya bölgəsində, Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası” adlanan təbii qaya quruluşunun uçması nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Metbuat.az xəbər verir ki, NTV-nin son məlumatına görə, hadisə yerində aparılan axtarış-xilasetmə işləri zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
APA-nın Türkiyə bürosunun ilkin məlumatında uçqun nəticəsində iki nəfərin öldüyü, bir nəfərin yaralandığı bildirilirdi. Sonradan ölənlərin sayının artdığı açıqlanıb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Uçqun altında başqa şəxslərin qalıb-qalmadığı dəqiqləşdirilir.