Astroloji şərhlərə görə, noyabrın ilk yarısı bəzi bürclər üçün maliyyə, sevgi və karyera ilə bağlı mühüm seçimlər dövrü olacaq.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, astroloji proqnozlara əsasən, oktyabrın son günlərindən noyabrın 15-dək olan dövr bəzi bürclər üçün dəyişiklik və gələcək planların yenidən nəzərdən keçirilməsi ilə yadda qalacaq.
Xüsusilə münasibətlərdə qeyri-müəyyənlik yaşayan, iş həyatında yeni fürsətlər axtaran və maliyyə məsələlərində mühüm addım atmağı düşünən şəxslər qarşılarında fərqli seçimlər görə bilərlər.
Astroloji şərhlərdə bu dövrdə Buğa, Şir, Əqrəb və Dolça bürcləri diqqət mərkəzindədir.
Buğa
Buğa bürcləri üçün noyabrın ilk yarısında maddi sabitlik və karyera planları ön plana çıxacaq. Uzun müddətdir gözlənilən iş təklifi, gəlirləri artırmaq imkanı və ya investisiya ilə bağlı düşüncələrin reallaşmaq ehtimalı yüksəkdir.
Bu dövrdə Buğalar mövcud vəziyyəti qorumaqla yeni fürsətlərə yönəlmək arasında seçim etməli ola bilərlər. Qərar verərkən tələsməmək, mövcud imkanları və mümkün riskləri diqqətlə qiymətləndirmək tövsiyə olunur.
Şir
Şir bürcləri üçün münasibətlər və emosional məsələlər daha çox əhəmiyyət qazanacaq. Davam edən münasibətlərdə gələcəklə bağlı gözləntilər müzakirə oluna, tərəflər münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə qərar verə bilərlər.
Subay Şirlər isə keçmişdən gələn biri ilə yenidən ünsiyyət qurmaq ehtimalını nəzərdən keçirsinlər. Onların qarşılarında keçmişə bir şans daha vermək və ya yeni başlanğıca addım atmaq seçimi yarana bilər.
Əqrəb
Əqrəb bürcləri üçün noyabrın ilk yarısı şəxsi məqsədləri və gələcək planları yenidən nəzərdən keçirmək baxımından əhəmiyyətli sayılır. Uzun müddətdir dəyişdirmək istədikləri vərdişlər, yaşayış yeri və ya karyera ilə bağlı məsələlər gündəmə gələ bilər.
Ətrafdakı insanların gözləntiləri ilə şəxsi istəkləri arasında qalan Əqrəblər prioritetlərini yenidən müəyyənləşdirmək ehtiyacı hiss edə bilərlər. Əsas seçim isə alışılmış həyat tərzini davam etdirmək və ya köklü dəyişikliyə getmək arasında olacaq.
Dolça
Dolçalar üçün noyabrın 15-dək iş həyatı və gələcək hədəflər xüsusi əhəmiyyət daşıya bilər. Yeni layihəyə başlamaq, hazırkı iş yerini dəyişmək və ya uzun müddətdir düşündükləri təşəbbüsü həyata keçirmək barədə qərarlar gündəmə gələ bilər.
Bu seçimlər yalnız karyeraya deyil, gündəlik həyat tərzinə də təsir göstərəcək. Buna görə də Dolçaların ani həvəslə uzunmüddətli məqsədləri bir-birindən ayırması, qərarlarını diqqətlə ölçüb-biçməsi vacib sayılır.